Ana Sahifə
        
        
        
        
        
        
        
        
        
        

        
        
              
        

        
        
        
        
        

        
        

        
        
        
        
        

                    
            
            
            
            
            
        
        
        
        
        
        
        

        
        
        
        
        
        

        

        
        
        
        
        
        
        
        
        
        
        


        
        

        

        
        
    

    

        

        
        

SW Business Aviation

Menyu

SW Business Aviation

Menyu

“Silk Way Business Aviation” şirkəti mülkiyyətində olan hava gəmilərinin sahibi və operatorudur.

Yarandığı 2007-ci ildən bəri Silk Way Business Aviation dünyanın demək olar ki, istənilən nöqtəsinə çarter reysləri yerinə yetirir. Şirkətimiz anlayır kı, bizə müraciət edən hər bir müştərinin öz şəxsi üstünlükləri var və bunu nəzərə alaraq, biz sizə özünüzün təyin etdiyiniz özəl uçuş cədvəlini təklif edirik. 2008-ci ildən EBAA-nın (European Business Aviation Association) üzvü olaraq əsas vəzifəmiz ən operativ və təhlükəsiz reyslər təşkil etməkdir. “Silk Way Business Aviation” MMC-nin peşəkar komandası hər hansı bir sorğunun sürətli cavabını təmin emək məqsədi ilə gecə və gündüz günün 24/7 saatı dayanmadan sizin qulluğunuzdadır.

Fəaliyyət
  • İşgüzar aviasiya İşgüzar aviasiya

    Hava gəmilərinin seçimində “Silk Way Business Aviation” MMC üstünlüyü  “Gulfstream” şirkətinə verir, çünki  bu şirkət  dünya miqyasında biznes təyyarələrinin istehsalı üzrə liderdir.  Məhz buna görə də  2015-ci ildə biz bu şirkətindən daha iki Gulfstream G650 tipli təyyarəsini əldə etdik.
    Hazırda aviaşirkətdə Gulfstream G650, Gulfstream G550, Gulfstream  G450, Gulfstream G280 , Gulfstream G200, Boeing 727 və ATR-42-500 hava gəmilərinin kommersiya istismarı həyata keçirilir. Təyyarə parkımızın müxtəlifliyinə əsaslanaraq, müştərinin arzusu ilə marşrutdan və sərnişinlərin sayından asılı olaraq ən münasib variantı təklif edə bilərik.


    Ətraflı
  • Yerüstü xidmətlər Yerüstü xidmətlər

    “Silk Way Business Aviation” MMC Azərbaycan Respublikasında çarter uçuşları və işgüzar aviasiya reysləri üzrə eksklüziv agentdir (FBO). Şirkət ən yeni texnika və yüksək ixtisaslı mütəxəssislərdən istifadə etməklə yerüstü xidmət göstərir. 
    Bakıda həftənin 7 günü gecə-gündüz işləyən reaktiv mühərrikli biznes-təyyarələrin sərnişinləri üçün möhtəşəm işgüzar aviasiya terminalı açılmışdır.  Şirkətimiz Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala şəhərlərinin hava limanlarında da təmsil olunur. 


    Ətraflı
  • AFIS AFIS

    “Silk Way Business Aviation” MMC-nin istismarında olan ATR 42-500 hava gəmisində, ölkəmizin aeroportlarında uçuşların ən yüksək səviyyədə mühafizə edilməsinə yönəlmiş ən müasir avtomatlaşdırılmış təlim-uçuş Aerodata AD-FIS-112  kompleksi quraşdırılmışdır. Layihənin reallaşması bu sistemli avadanlıqların istehsalı üzrə dünyada şərtsiz lider olan  ən təkmilləşmiş müəssisə hesab edilən Almaniyanın Aerodata AG şirkəti ilə əməkdaşlıq sayəsində həyata keçirilmişdir. Hazırki sistem bu sahədə texnoloji təkmilləşdirmənin ən son nəticəsidir və istismara tətbiq edilib.


    Ətraflı
SILK WAY
 Tərəfdaşlar