Şirkət Haqqında
        
        
        
        
        
        
        
        
        
        

        
        
              
        

        
        
        
        
        

        
        

        
        
        
        
        

                    
            
            
            
            
            
        
        
        
        
        
        
        

        
        
        
        
        
        

        

        
        
        
        
        
        
        
        
        
        
        


        
        

        

        
        
    

    

        

        
        

SW Business Aviation

Menyu

SW Business Aviation

Menyu

Xəbərlər
    G650 G650  2015-сi il mart ayının 19-u  Azərbaycanın  Biznes Aviasiyası üçün əlamətdar gün olmuşdur - Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk Gulfstream G650 təyyarəsi gətirilmişdir. Yeni terminalın 3D-videosu Yeni terminalın 3D-videosu  Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin 3D-videosu

Şirkət Haqqında

“Silk Way Business Aviation” şirkəti mülkiyyətində olan hava gəmilərinin sahibi və operatorudur.

Yarandığı 2007-ci ildən bəri Silk Way Business Aviation dünyanın demək olar ki, istənilən nöqtəsinə çarter reysləri yerinə yetirir. Şirkətimiz anlayır ki, bizə müraciət edən hər bir müştərinin öz şəxsi üstünlükləri var və bunu nəzərə alaraq, biz sizə özünüzün təyin etdiyiniz özəl uçuş cədvəlini təklif edirik. 2008-ci ildən EBAA-nın (European Business Aviation Association) üzvü olaraq əsas vəzifəmiz ən operativ və təhlükəsiz reyslər təşkil etməkdir. “Silk Way Business Aviation”  MMC-nin peşəkar komandası hər hansı bir sorğunun sürətli cavabını təmin emək məqsədi ilə gecə və gündüz günün 24/7 saatı dayanmadan sizin qulluğunuzdadır.

Fəaliyyət:

İstər işgüzar, istərsə də istirahətə getməyinizdən asılı olmayaraq  bizim yüksək təcrübəli personal sizə eksklüziv VIP xidmətlər göstərməkdən şərəf duyacaqdır. Təyyarəmizin göyərtəsinə ayaq qoyduğunuz andan komfort uçuşdan həzz alacaqsınız. Sizdən yalnız tələblərinizi bildirmək kifayətdir ki, sizə mükəmməl uçuş təqdim edək. Özəl uçuşdan gözlədiyiniz hər şeyi yüksək səviyyədə yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik. Seçdiyiniz təyyarəyə daxil olduğunuz andan tələblərinizə müvafiq seçilmiş qida və içki çeşidlərinin, uçuş boyu səslənən həzin musiqi və gülün, məhz zövqünüzə  uyğun seçildiyini hiss edəcək və bütün bunlar uçuş zamanı əvəzolunmaz, nadir  ab-hava yaradacaq. Təyyarənin kabinəsi  istər nahar, istərsə də uzanaraq sevimli filminizi izləmək istəyinizə uyğun olaraq konfiqurasiya edilə bilər. Bir sözlə, nə olursa olsun, biz sizin fərdi istəklərinizi ən yüksək səviyyədə heyata keçirməyə hazırıq.

“Silk Way Business Aviation” regionda müştərilərini ən sürətli, təhlükəsiz, təmtəraqlı və texnoloji cəhətdən ən müasir təyyarələrlə təmin edən ən böyük özəl aviasiya mərkəzidir.

Yerüstü xidmət:

Şərqlə Qərbin kəsişməsində yerləşən Bakı şəhəri strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən Avropa və Asiya arasındakı uçuşlar zamanı texniki dayanacaq üçün idealdır. “Silk Way Business Aviation”   biznes aviasiya, carter uçuşları, eyni zamanda  Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala şəhərlərinin hava limanlarında  müntəzəm çarter proqramları əsasında yerinə yetirilən çarter reyslərinə yerüstü xidmət üzrə eksklüziv operatordur.