Şəxsi heyyət
        
        
        
        
        
        
        
        
        
        

        
        
              
        

        
        
        
        
        

        
        

        
        
        
        
        

                    
            
            
            
            
            
        
        
        
        
        
        
        

        
        
        
        
        
        

        

        
        
        
        
        
        
        
        
        
        
        


        
        

        

        
        
    

    

        

        
        

SW Business Aviation

Menyu

SW Business Aviation

Menyu

Şəxsi heyyət

Sizin biznes-cetdə uçuşunuzun təşkil edilməsi üçün böyük mütəxəssis qrupunun reysi planlaşdırması və hava gəmisini uçuşa hazırlamasının düzgün təşkil etməsi zəruridir. Biz hər gün sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkarlardan ibarət komandamızla fəxr edirik. Yüksək ixtisaslı və bir-biri ilə həmrəy olan əməkdaşlarımızın əməyi nəticəsində böyük uğurlara imza atmışıq.

Öz işçilərinə yüksək tələblər irəli sürən “Silk Way Business Aviation” onların hər birinin peşəkarlığını, məsuliyyət hissini və korporativ dəyərlərə sadiqliyini qiymətləndirir.
                                                                                                                          Məhz buna görə şirkət rəhbərliyi əməkdaşların peşəkar hazırlıq səviyyəsinin daima və müntəzəm şəkildə artırılması, öz bilik və potensialını səmərəli tətbiq edə bilən gənc mütəxəssislərin cəlb olunması prinsipinə əsaslanan məqsədyönlü kadr siyasətini həyata keçirir.

Şirkətimiz Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən keçirilən və çarter reslərini yerinə yetirmək, habelə Azərbaycan Respublikasının hava limanlarında hava gəmilərinə yerüstü xidmət göstərmək hüququ verən “Keyfiyyət menecmenti sistemi” ISO 9001:2008 sertifikasiyasını uğurla keçmişdir.

                                                                                                                     Biz öz işimizə sadiqik və ona görə də çalışırıq ki, aviasiya fəaliyyətimiz uçuşların təhlükəsizliyinin ən yüksək səviyyəyə çatdırıldığı və xidmətlər göstərilərkən milli və beynəlxalq standartlara riayət olunduğu şəraitdə inkişaf etsin. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyəsinə uyğun olaraq şirkətimizdə Təhlükəsizliyin idarə olunması sistemi (SMS) tətbiq edilir. Həmin sistemə uyğun olaraq şirkətimizin bütün personalı xüsusi hazırlıq keçib.

Biz hər bir müştəriyə fərdi yanaşaraq yüksək keyfiyyətli xidməti təmin edirik. Təyyarələrimizin bortunda sizi VIP-sərnişinlərə xidmət göstərilməsi və uçuşların təhlükəsizliyi üzrə hazırlıq keçmiş gülərüz xanım bort bələdçiləri qarşılayacaq. Onların peşəkarlığı sizə rahatlıq ab-havası bəxş edəcəkdir. Uçuş zamanı daimi sərnişinlərimizin vərdişlərini maksimal dərəcədə nəzərə almağa çalışırıq: bizim məlumat bazasında onların üstünlük verdiyi qida, içki, rəng, film, iş və istirahət vaxtı barədə informasiya mövcuddur. “Silk Way Business Aviation” şirkətinə məxsus təyyarələrdə ilk uçuşdan sonra tez-tez qonağımız olan yeni müştərilərə də eyni diqqəti göstəririk.

Birinci dərəcəli pilotlarımız ildə ikidəfə Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin trenajor mərkəzlərində hazırlıq keçirlər. Onların qüsursuz təyyarə sürmə məharəti uçuşunuzu hissedilməyəcə kdərəcə xoş edəcək.