AFIS
        
        
        
        
        
        
        
        
        
        

        
        
              
        

        
        
        
        
        

        
        

        
        
        
        
        

                    
            
            
            
            
            
        
        
        
        
        
        
        

        
        
        
        
        
        

        

        
        
        
        
        
        
        
        
        
        
        


        
        

        

        
        
    

    

        

        
        

SW Business Aviation

Menyu

SW Business Aviation

Menyu

AFIS

Azərbaycan Respublikası Mülki Aviasiya tarixində 2010-2013-cü illər naliyyətlərlə dolu, səmərəli və surətlə inkişaf dövrü kimi əks olunmuşdur.

Belə ki, bu illər ərzində Heydər Əliyev aeroportunda yeni Beynəlxalq terminal istismara verilmiş,  Respublikanın Yevlax, Qəbələ, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara cavab verən aeroportlar tikilmiş və istismara verilmiş, Quba şəhərində yeni Beynəlxalq aeroportun tikilməsi planlaşdırılmış və bu planın həyata keçirilməsi üçün  işlər başlamışdır.  Sadalanan faktlar və digər amillər Azərbaycan Respublikası Mülki Aviasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvəffəqiyyətlə inkişaf etməsinin danılmaz bir surətdə göstəricisidir.

Bu müsbət tendensiya bizi uçuşların təhlükəsizlik səviyyəsini daha da yüksəltməyə və Azərbaycanda ilk dəfə olaraq avtomatlaşdırılmış uçuş-sınaq kompleksinin tətbiqi layihəyəsini  həyata keçirməyə sövq etdi.

 

Həyata keçirilən müxtəlif tədbirlər nəticəsində 2013-cü ilin dekabr ayında “Silk Way Business Aviation” MMC-nin istismarında olan ATR 42-500 hava gəmisində,  ən qabaqçıl nailiyyətlərin tətbiqi ilə istehsal olunmuş Aerodata AD-FIS-112 inspeksiya kompleksi quraşdırılmışdır.

Layihənin reallaşması bu sistemli avadanlıqların istehsalı üzrə ən təkmilləşmiş müəssisə hesab edilən Almaniyanın Aerodata AG şirkəti ilə əməkdaşlıq sayəsində həyata keçirilmişdir.

AFİS  (Aero Flight Inspection System)  -  aeroportların radiotexniki avadanlıqlarının işləmə xüsusiyyətlərini yoxlamaq üçün təyin edilmiş və tam avtomatlaşdırılmış bir sistemdir. Bu kompleks vasitəsi ilə aeroportların ILS, VOR, DME sistemləri və hava gəmilərinin CAT I, II və III kateqoriyaları üzrə enişi təmin edən avadanlıqların uçuş yoxlamalarını yerinə yetirməklə işləmə xüsusiyyətləri təftiş edilir, eyni zamanda hava gəmisinin qalxma və enmə zamanı təyyarənin  vəziyyətini 10 sm dəqiqliyi ilə müəyyən edir.



ATR 42-500 hava gəmisində quraşdırılmış AFİS sistemli avadanlıq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Əlavə 10 və 14, ICAO-nun DOK 8071 sənədlərinin tələblərinə cavab verir.

Bu layihənin özəlliyi ondan ibarətdir ki, modifikasiya edildikdən sonra ATR 42-500 hava gəmisi universal bir təyyarəyə çevrilmişdir və öz istismar xüsusiyyətlərinə görə biznes uçuşlarının yerinə yetirilməsi ilə bərabər təyyarə-laboratoriya kimi də istifadə edilmək imkanlarını əldə etmişdir.

İlk dəfə olaraq AFİS sistemli avadanlıq Azərbaycana məxsus olan hava gəmisində quraşdırılmış və bu amillə Azərbaycanın Mülki Aviasiya imkanları daha da genişlənmişdir.  Aviaşirkətin biznes layihələri üçün geniş imkanlar yaranmışdır və gələcəkdə Respublika aeroportlarının radiotexniki avadanlıqlarının işləmə xüsusiyyətlərini yoxlamaq üçün xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yaranmayacaqdır.

“Silk Way Business Aviation” aviaşirkəti yaxın gələcəkdə Azərbaycan Respublikasının  aeroportları ilə bərabər qonşu ölkə aeroportlarının radiotexniki avadanlıqlarının da işləmə xüsusiyyətlərini ATR 42/500 hava gəmisi ilə dövriyə uçuşlarını yerinə yetirməklə yoxlamağı öz qarşısında məqsəd qoymuşdur.