Yerüstü xidmətlər
        
        
        
        
        
        
        
        
        
        

        
        
              
        

        
        
        
        
        

        
        

        
        
        
        
        

                    
            
            
            
            
            
        
        
        
        
        
        
        

        
        
        
        
        
        

        

        
        
        
        
        
        
        
        
        
        
        


        
        

        

        
        
    

    

        

        
        

SW Business Aviation

Menyu

SW Business Aviation

Menyu

Yerüstü xidmətlər

Şərqlə Qərbin kəsişməsində yerləşən Bakı şəhəri strateji cəhətdən  əlverişli mövqedə yerləşdiyindən  Avropa və Asiya arasındakı uçuşlar zamanı texniki dayanacaq üçün idealdır. “Silk Way Business Aviation”    biznes aviasiya, carter uçuşları, eyni zamanda  Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala şəhərlərinin hava limanlarında  müntəzəm çarter proqramları əsasında yerinə yetirilən çarter reyslərinə yerüstü xidmət üzrə eksklüziv operatordur. 

Peşəkar təchizat mərkəzinə malik olan şirkət yüksək keyfiyyətli xidmətlər, o cümlədən: hava gəmisinə göstərilən standart yerüstü xidmətlər çərçivəsindən çıxaraq   hava gəmisinin qarşillanması/yola salınması, xarici və daxili interyerinin təmizlənməsi, yanacaqla təmin olunması, bort qidasının təmini, mehmanxana və limuzinlərin təxsislənməsi, və avtomobillərin icarəsi üzrə xidmətləri təklif edir. Təyyarənizi sonrakı səyahətə hazırladığımız zaman,  siz terminalımıza daxil olub VVİP  qonaqlar üçün ayrılmış otaqlarda istirahət edərək qəlyanaltı və içkilərdən zövq ala, yaxud dərgiləri vərəqləyərək son yenilikləri oxuya bilərsiniz.


Business Aviation Terminalının əsas üstünlüklərindən biri  ondan ibarətdir ki, siz  təyyarənizə  anında minmək imkanına malik olacaqsınız, belə ki, onun müasir dizaynı  və bütün xidmətlərin operativ təşkili nəticəsində uçuşun qeydiyyatı yalnız 2 dəqiqə təşkil edir. Bütün bunlardan əlavə, təyyarəyəyə keçid birbaşa terminalın platformaya çıxışından mümkündür.


Müştərilərimiz xüsusən əlverişsiz hava şəraitində  bu xidmətdən məmnuniyyətlə istifadə edirlər. Beynəlxalq Hava Limanından ayrıca yerləşən, xüsusi, güclü mühafizə olunan, biznes aviasiyanın platformasına  30 dayanacaq daxildir və təkcə kiçik şəxsi təyyarələr yox, eyni zamanda  korporativ Boeing Business Jet və Airbus 319 kimi böyük hava gəmilərinin yerləşdirilməsi üçün də nəzərdə tutulmuşdur.
Sizin tələb və spesifikanızdan asılı olmayaraq  istər  istirahət, istərsə də biznes, sizə xidmət etmək bizim üçün şərəfdir və biz səbirsizliklə sizi Azərbaycanın işgüzar aviasiya mərkəzində salamlamaq fürsəti gözləyirik.

Terminalda VIP-sərnişinlər üçün zəruri olan bütöv infrastruktur mövcuddur:
  • ayrıca giriş yolu olan və mühafizə olunan avtodayanacaq maksimal rahatlıq, təhlükəsizlik və məxfiliyi təmin edir;
  • ən yeni aparatlarla təchiz edilmiş pasport və gömrük nəzarəti məntəqələri təcrübəli əməkdaşların səyi nəticəsində dəqiq və operativ işləyir;
  • müştərilərimizə  rüsumsuz (“duty-free”) mağaza xidmət göstərir;
  • rahat gözləmə və istirahət zallarında jurnalları vərəqləmək, son xəbərləri öyrənmək, qida qəbul etmək və bir fincan qəhvə içmək mümkündür;
  • iş adamları üçün faks, printer, kompyuter və beynəlxalq rabitə ilə təchiz olunmuş biznes mərkəzi;
  • VIP-müştərilər üçün ayrıca kabinetlər;
  • perronda sərnişinlərin daşınması üçün rahat nəqliyyat vasitələri.
Sizin tələb və spesifikanızdan asılı olmayaraq  istər  istirahət, istərsə də biznes, sizə xidmət etmək bizim üçün şərəfdir və biz səbirsizliklə sizi Azərbaycanın işgüzar aviasiya mərkəzində salamlamaq fürsəti gözləyirik.