Havada
Uçuş boyunca sərnişinlərə VIP səviyyəli təamlar, əvvəlcədən razılaşdırılmış menyu və yeməyin hazırlanma üsulu təklif olunmaqla, hər bir sərnişinin fərdi tələbləri təmin edilir, multimedia vasitələrinin geniş seçimi, uşaqlar üçün stolüstü oyunlar və əyləncə tədbirləri, xarici və yerli mətbuat nümunələri, ilk tibbi yardım çantası və daha bir çox xidmətlər təqdim edilir.
“ASG Business Aviation” şirkətinin yüksək ixtisaslı heyəti istənilən məsafə üzrə uçuşun təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bütün zəruri tədbirləri görür.