Potensial təhlükəli sərnişinlər
ASG Business Aviation” MMC-nin intizamsız və qaydaları pozan
sərnişinlərə qarşı siyasəti
İntizamsız sərnişinlərlə əlaqədar şirkətin siyasəti
Terrorizmlə əlaqədar təhlükələrin artdığı bir zamanda, “ASG Business Aviation” MMC-nin fəaliyyətində prioritet istiqamətlərdən biri aviadaşımalar zamanı sərnişinlərin qeydiyyat anından başlayaraq təyinat (məntəqə) aeroportunda baqajın qəbul edilməsi anına qədər olan mərhələlərdə sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir. Biz, əsas diqqəti uçuş zamanı sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə və HG-nin bortunda müəyyən edilmiş davranış qaydalarına riayət olunmasına veririk.
Bu həmçinin onunla əlaqədardır ki, son zamanlar dünyanın müxtəlif ölkələrində uçuş zamanı ayrı-ayrı sərnişinlərin qanunsuz davranışı nəticəsində baş verən insidentlərin sayının artmasıdır. Təəssüflər olsun ki, bu cür mənfi tendensiya Azərbaycan Respublikası mülki aviasiyasından yan keçməmişdir.
“ASG Business Aviation” MMC-nin intizamsız sərnişinlərlə əlaqədar əsas siyasəti qanun və müvafiq qaydaları pozan şəxslərin arzuolunmaz hərəkətlərinə yol verməməkdir.
Bundan başqa, 1963-cü ildə qəbul edilmiş Tokio konvensiyasının müddəalarına uyğun olaraq, HG-nin kapitanı uçuşun təhlükəsizliyinin təmin edilməsi və bortda intizamın qorunması məqsədilə HG-ni, insanları və ya onların mülkünü, o cümlədən HGnin eniş etdiyi istənilən dövlətin ərazisini təhlükə altına salan sərnişini düşürtmək hüququna malik olmasıdır.
Beynəlxalq və yerli qanunvericilik çərçivəsində fəaliyyət göstərən “ASG Business Aviation” MMC qanunsuz hərəkətlərin qarşısının alınması və bortda intizamın bərpa olunması ilə bağlı HG-i ekipajına geniş həcmli səlahiyyətlər vermişdir.
Sərnişinlər tərəfindən edilən istənilən təcavüzkar hərəkətləri zamanı, ekipaj üzvləri hadisənin nəzarətə götürülməsi və eniş zamanı qanun və müvafiq qaydaları pozanların hüquq-mühafizə orqanlarına və ya aviasiya təhlükəsizliyi əməkdaşlarına təhvil verməsi üçün hətta, fiziki gücdən istifadəni də nəzərdə tutan bütün imkanlardan istifadə etmək hüququna malikdirlər. Bununla yanaşı, bortda intizamın bərpa olunması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə HG-si kapitanına yaxın ərazidə yerləşən istənilən aeroportda plandan kanar enişin edilməsi hüququ verilmişdir. Eniş aeroportunda qanun və müvafiq qaydaları pozan sərnişin hüquq-mühafizə orqanlarına və ya aviasiya təhlükəsizliyi əməkdaşlarına aktla təhvil verilir.
Hava gəmisində qanun və müvafiq qaydaları pozan şəxslərin siyahısı, ictimai təhlükənin səviyyəsini nəzərə almaqla, 1ildən 10 il müddətinə kimi “Aviaşirkətin arzuolunmaz sərnişinlər siyahısı”na (buna KİV-də adətən “Qara siyahı” deyilir) daxil edilir.
Bu müddət ərzində “ASG Business Aviation” MMC, “Sifarişçi” şirkətin rəhbərliyini qabaqcadan xəbərdar etməklə, qanun və müvafiq qaydaları pozan sərnişinlərin reysə götürülməsindən imtina edir.
Qanun və müvafiq qaydaları pozanlar barədə məlumatların “Arzuolunmaz sərnişinlər barədə siyahı”ya daxil edilməsi ilə yanaşı, şirkət, b u ş əxslər tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində yaranmış bütün xərclərin ödənilməsinin məhkəmə qaydasında tələb edilməsi hüququnu özündə saxlayır.
“Aviaşirkətin arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilməsinə səbəb ola
biləcək qanunsuz hərəkətlərin siyahısına aşağıdakılar daxildir:
• HG-i ekipaj üzvlərinin qanuni tələblərini yerinə yetirməkdən imtina etmək;
• HG-i ekipaj üzvləri tərəfindən öz vəzifə öhdəliklərinin icra olunmasına bilərəkdən maneə yaratmaq;
• Uçuşların təhlükəsizliyinin təmin edilməsinə etinasızlıq göstərmək (uçuş və ya eniş zamanı elektron cihazlardan istifadə, uçuş zamanı mobil telefondan istifadə, təhlükəsizlik kəmərini bağlamaqdan imtina);
• Ekipaj üzvlərini və ya digər sərnişinləri şifahi qaydada təhqir edtmək;
• Ekipaj üzvlərinin və ya digər sərnişinlərin həyat və sağlamlıqlarına yönəldilmiş şifahi təhdid;
• HG bortunda siqarət çəkmək;
• Təhlükəsizlik üzrə yoxlanış zamanı aşkar edilən qadağan olunmuş əşya və predmetlərin icazəsiz keçirilməsi;
• Ekipaj üzvlərinə və ya digər sərnişinlərə edilən istənilən formalı fiziki zor;
• Ekipaj üzvlərinin, digər sərnişinlərin və Aviaşirkətin şəxsi mülkünə ziyan vurması;
• HG-nin lyuklarını və qapısını icazəsiz açmaq niyyəti;
• HG-nin göyərtəsində və ya terminalda qarışıqlığa yol verən qeyri-adekvat hərəkət;
• Uçuşların təhlükəsizliyini təhlükə altına salan digər hərəkətlər və ya Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməli cinayət əlamətləri.
Uçuş zamanı intizamsız sərnişinlərə qarşı tədbirlərin görülməsinə dair ekipaj üzvlərinin hüquq və səlahiyyetləri
“ASG Business Aviation” MMC-nin ekipaj üzvlərinin uçuş zamanı intizamsız sərnişinlərə qarşı tədbirlərin görülməsinə dair hüquq və səlahiyyetləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə və 1963-cü ildə Tokioda qəbul edilmiş “Hava gəmisinin bortunda törədilmiş cinayət və bəzi digər aktlar barəsində konvensiyası”nın müddəalarına əsasən müəyyən edilmişdir.
“ASG Business Aviation” MMC-nin HG-nin göyərtələrində sərnişinlər üçün nəzərdə tutulmuş hava gəmisində hərəkət qaydalarına dair “Sərnişinin təhlükəsizlik xəritəsi” təlimatlarının mövcudluğu təmin edilir. Uçuş qabağı təyyarə bələdçisi hava gəmisində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair qaydaların tələblərini sərnişinlərin nəzərinə çatdırır.
Əgər əsas varsa hava gəmisinin kapitanı aşağıda göstərilən hallarda istənilən şəxsin cinayət etməsi və ya cinayət etməsi niyyətində olması, eləcə də qanunsuz müdaxilə aktını həyata keçirməsi barəsində nəticə çıxara bilər:
• Cinayət qanunvericiliyini pozduqda.
• Edilən hərəkət cinayətə aidiyyəti olmadığı halda, lakin hava gəmisi, insanlar və əmlak üçün təhlükə yaratdıqda.
• Edilən hərəkət nəticəsində hava gəmisinin bortunda müəyyən edilmiş qaydalar və nizam-intizam pozulduqda.
Hava gəmisinin bortunda intizamsız sərnişinin olması barədə hava gəmisinin kapitanı təyyarə bələdçisi tərəfındən məlumatlandırılır və hava gəmisinin kapitanı və yaxud təyyarə bələdçisi sərnişinə uçuşun təhlükəsizliyinə təsir edə biləcək hərəkətlərə, eləcə də müəyyən edilmiş qayda və qanunların pozulmasına yol verməmək barəsində xəbərdarlıq edir. Xəbərdarlıq zamanı sərnişinə qeyri-qanuni hərəkətlərin uçuşun təhlükəsizliyinə təsiri, hava gəmisi kapitanının hüquq və səlahiyyətləri, eləcə də intizamsız sərnişinin qanun qarşısında məsuliyyəti çatdırılır. Əgər sərnişin ekipaj üzvlərinin xəbərdarlığına məhəl qoyursa və müəyyən edilmiş qayda və qanunların tələblərinə uyğun hərəkət edirsə, o zaman uçuş davam edilir.
Hava gəmisinin, sərnişinlərin, ekipaj üzvlərinin və əmlakın təhlükəsizliyini təmin etmək, eləcə də nizam-intizam qaydalarının bərpa etmək və sonradan intizamsız hərəkətlərə yol verən şəxsi hüquq-mühafizə orqanlarına və ya aviasiya təhlükəsizliyi əməkdaşlarına təhvil verilmək məqsədi ilə hava gəmisinin kapitanı pozuntuya yol verən şəxsin hava gəmisində hərəkətlərini məhdudlaşdırır və qeyri qanuni hərəkətlərin edilməsinə yol verməməsi üçün lazımı tədbirləri görür. Bu vəzifələri icra etmək üçün ekipaj üzvləri aşağıda göstərilən hüquq və səlahiyyetlərə malikdilər:
• İntizamsız hərəkətlərin qarşısının alınması üçün hava gəmisinin kapitanı digər heyət üzvlərindən tələb edə bilər və ya onların müvafiq hərəkətlərinə icazə verə bilər.
• Sərnişin aqressiya numayiş edərsə və müqavimət göstərərsə, ona qarşı məhdudlaşdırıcı vasitələrinin tətbiqi ilə bağlı tədbirlər görə bilər. Bu tədbirlərin görülməsi hava gəmisinin bortunda plastik qayiş dəsti vasitəsi ilə həyata keçirilir.
• Hava gəmisinin kapitanı intizamsız hərəkətlərin qarşısının alınması üçün sərnişinlərdən köməklik etməyi xahiş edə bilər, lakin tələb edə bilməz.
• Əgər ekipaj üzvü və ya hansısa sərnişin son dərəcədə əmindir ki, digər şəxsin hərəkətləri hava gəmisi, insan və əmlak üçün təhlükəlidir, o zaman intizamsız hərəkətlərin qarşısının alınması üçün icazəsiz edilən hərəkətlər doğru hesab edilir.
• Hava gəmisinin kapitanı yaxın ərazidə yerləşən aeroportların birində planlaşdırılmamış enişin yerinə yetirilməsi barəsində qərar qəbul edə bilər.
• İntizamsız hərəkətlərə yol verən şəxs eniş aeroportunda hüquq-mühafizə orqanlarına təhvil verilir və sərnişin hava gəmisini tərk etdikdən sonra hava gəmisi 6.14.2 saylı fəsilə uyğun olaraq yenidən yoxlanılır.
12.2.6. Aviareys bitdikdə hava gəmisinin kapitanı intizamsız hərəkətlərə yol verən sərnişinlər barəsində və intizamsız hərəkətlərin qarşısının alınması üçün ekipaj tərəfindən görülmüş tədbirlər barəsində ətraflı aviaşirkətin baş direktoruna rəsmi məruzə təqdim edir.
12.2.7. Aviaşirkət baş direktorunun qərarı ilə intizamsız hərəkətlərə yol verən sərnişinlər aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilə bilər və gələcəkdə o şəxslərə aviaşirkətin xidmətlərindən istifadə edilməsinə qadağa qayula bilər eyni zamanda, sərnişinlərin hərkətindən və vurduğu zərərdən asılı olaraq aviaşirkətin baş direktoru intizamsız hərəkətlərlə bağlı məhkəmə orqanlarına müraciət edə bilər, eləcə də Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun olaraq inzibatı məsuliyyətinə cəlb edə bilər.
12.2.8. Tokio konvensiyasının müddəalarına əsasən uçuş zamanı intizamsız hərəkətlərin qarşısının alınması üçün qanunsuz, eləcə də intizamsız hərəkətlərə yol verən sərnişinlərə qarşı görülən tədbirlərə görə aviaşirkət, ekipaj üzvləri və onlara köməklik edən şərnişinlər heç bir məsuliyyət daşımır.
Yerdə intizamsız/aqressiv sərnişinin (qarşılayan/yola salan şəxs) hərəkətləri ilə bağlı personalın vəzifələri
Sərnişinin (qarşılayan/yola salan şəxs) personala qarşı kobud davranışı, və ya onun hərəkətlərinin nəticə etibarı ilə uçuşun təhlükəsizliyinə təsir göstərə bilən aviasiya qaydalarına zidd olması hərəkətləri aşkar edildikdə “ASG Business Aviation” terminalında fəaliyyət göstərən personal (aviaşirkətin rəhbər işçiləri, AT əməkdaşları, yerüstü xidmət personalı, qeydiyat üzrə agentlər) tərəfindən ona şifahi xəbərdarlıq edilir. Xəbərdarlıq zamanı sərnişinə personalın hüquq və səlahiyyetləri, eləcə də intizamsız sərnişinin qanun qarşısında məsuliyyəti çatdırılır.
Sərnişin (qarşılayan/yola salan) xəbərdarlığa məhəl qoymadıqda, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı tərəfindən intizamsız sərnişin haqqında akt tərtib edilir. Aktın doldurulmasından sonra vəziyyətin araşdırılması məqsədilə aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı intizamsız sərnişini hüquq mühafizə orqanlarına təhvil verir.
“İcraçı”nın hüquqları:
Aşağıda göstərilən hallarda müvafiq sərnişinin daşınmasından imtina etmək hüququ:
Sərnişin tərəfindən uçuşların təhlükəsizliyinə xələl gətirə biləcək qayda pozuntuları törədildikdə;
Cinayət hüququ çərçivəsində cinayətin qarşısının alınmasına yönəlmiş tədbirlərin görülməsi zərurəti yarandıqda;
Sərnişinin hava gəmisində davranışı digər sərnişinlərin, ekipaj üzvlərinin narahatçılığına və hava gəmisində olan lazımi qaydaların və intizamın pozulmasına səbəb olduqda.