Logo

"ASG Business Aviation" 5 peşə vakansiyası üzrə işçi axtarır

"ASG Business Aviation" aşağıdakı peşələr üzrə işində məsuliyyətli, 5-10 il arası iş təcrübəsi olan şəxsləri işə dəvət edir:

 

1. Boya və suvaq ustası

·  Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;

·  Qara suvaq və boya işlərini peşəkar səviyyədə yerinə yetirmək bacarığı.

 

2. Keramika və qranit ustası

·  Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;

·  Keramika və qranit üzlüklərinin quraşdırılması sahəsində peşəkar bilik və bacarıq.

 

3. Alçıpan, asma tavan, qapı və plintus ustası

·  Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi;

·  Alçıpan konstruksiyalarının, asma tavanların, qapı və plintusların quraşdırılması üzrə peşəkar bacarıq.

 

4. Elektrik ustası

·  Minimum 10 il müvafiq sahə üzrə iş təcrübəsi;

·  Elektrik sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə peşəkar bacarıq.

 

5. Santexnika ustası

·  Minimum 10 il müvafiq sahə üzrə iş təcrübəsi;

·  Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə peşəkar bacarıq.

 

İş şəraiti:

·  Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir;

·  İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu.

 

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.